Nida Xəbər
Milli Məclisin yaz sessiyası başladı
Milli Məclisin yaz sessiyası üzrə ilk iclası keçirilir.
Publika.az xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlanan parlamentin yaz sessiyasının gündəliyinə 16 məsələ daxil edilib.
Gündəliyə təklif edilən məsələlər aşağıdakılardır:
1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə).
2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə).
3. Milli Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı.
4. Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında.
5. Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında.
6. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
8. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi.
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
10. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
11. Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
12. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
13. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
14. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
15. “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
16. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı




























.jpg)



