Nida Xəbər
67 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - FOTO
Bu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib.
O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir:
“Onun atası Tələt Əliyev Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır”.
E.Cəfərli Mirzə Saleh Axundovun (general Nazim Əliyevin babasının qardaşı) Quzanlı qəbiristanlığında olan məzarının şəklini paylaşıb:
“Bu məzar böyük ziyalı, təbib, tərcüməçi, şair Mirzə Salehindir. Göründüyü kimi, məzar baxımsız qalıb, sinə daşı yoxdur. Bərpa edilməsinə ehtiyac yaranıb.
Tehranda təhsil almış məşhur təbib Mirzə Saleh 1918–1920-ci illərdə Qarabağda və Zəngəzurda erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə də iştirak edib və yaralanıb. Eyni zamanda milli ordunun əsgərlərinə tibbi yardım göstərib. Türk, fars, ərəb, fransız və rus dillərini sərbəst bilən böyük ədib ədəbi yaradıcılıqla da məşğul olub.
6 cildlik "Azər-türkcə yeni dolu sözlüy”ün müəlifidir. Yazdığı “Divan”da şairin qəzəlləri və rübailəri, həmçinin Məhəmməd Füzulinin fars dilində yazılmış şeirlərinin tərcümələri toplanıb”.
O, N.Əliyevə babasının qardaşının məzarını bərpa etməsi üçün çağırış edib.



-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı




























.jpg)



