Nida Xəbər
Qərbi Azərbaycan İcması Vensə müraciət ünvanladı
Qərbi Azərbaycan İcması ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.
Publika.az xəbər verir ki, bəyanatda ABŞ-nin vitse-prezidentinə müraciətlə deyilir:
"Hörmətli cənab Vens,
Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədə eşitdik.
"Odlar Yurdu"na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir.
Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikana çoxsaylı yüksəksəviyyəli səfərlər edilib.
Keçən il Bakıda "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi"sinin Bakı ofisinin açılış mərasimi keçirilib. Eyni zamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdə tutulur.
Keçmiş Sovet İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbi azərbaycanlılar deportasiyaya məruz qalıb, kəndləri, yurd yerləri boşaldılıb, yandırılıb, talan olunub, məscidləri, mədəni irsi dağıdılıb. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilib, tarixi saxtalaşdırılıb. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilib.
Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmayıb, daim ora dönmək arzusu ilə yaşayıblar.
Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Tam əksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər.
Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.
Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik.
Biz, eyni zamanda, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun tezliklə reallaşmasını gözləyirik.
Hörmətli cənab Vens,
Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək.
Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız vardır.
Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir".
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək



















.jpg)















.jpg)



