Nida Xəbər
FHN-in nümayəndəsi "Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nda iştirak etdi
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi rəisinin birinci müavini polkovnik-leytenant Əsmər Salamova Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi İdarəetmə İnstitutunda təşkil olunan “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nda (SADMİAK) iştirak edib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Kursun keçirilməsində əsas məqsəd milli müdafiə təhlükəsizliyinin gücləndirilməsi, strateji planlaşdırmanın dərinləşdirilməsi, həmçinin bu sahədə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi olub.
Kursda Azərbaycan Ordusunun və müxtəlif dövlət orqanlarının yüksək rütbəli və vəzifəli şəxsləri, habelə Türkiyə və Pakistan Silahlı Qüvvələrinin nümayəndələri təhsil alıbar.
5 ay müddətində təşkil olunan kursda “Beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik və xarici siyasətin əsasları”, “Strategiya və müdafiə planlaşdırmasının əsasları”, “Dövlət müdafiəsinin idarə edilməsinin əsasları” və “Müdafiə resurslarının idarə edilməsinin əsasları” akademik fənləri tədris olunub. Nəzəri mövzuların yekununda müvafiq sahədə aparıcı dövlət qurumlarına, strateji obyektlərə səfərlər təşkil olunub.
Kursun tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mülkü müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov "Azərbaycan Respublikasında mülkü müdafiənin təşkili və idarə edilməsi" mövzusunda mühazirə oxuyub, Mülki müdafiə qoşunlarının komandanlığına səfər təşkil olunub.
Kursun sonunda C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən mərasimdə məzunlara təhsil haqqında sənədlər təqdim olunub.
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək











































.jpg)



