Dünya
Trampdan sensasiyalı etiraf: “Çin bizə casusluq edir, biz də onlara”
ABŞ prezidenti Donald Tramp ABŞ və Çin arasında texnologiya sahəsində qarşılıqlı casusluğun aparıldığını bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, Çin tərəfindən Amerikanın intellektual mülkiyyətinin oğurlanması ilə bağlı suala cavab verərkən ABŞ-ın da oxşar fəaliyyətlə məşğul olduğunu gizlətməyib.
“CBS News”a müsahibəmdə bu barədə danışmışdım. Aparıcı dedi ki, Çin bizdən müxtəlif şeyləri oğurlayır. Mən isə cavab verdim ki, biz də bunu edirik. Onlar bizə casusluq edir, biz də onlara”, - deyə Ağ Ev rəhbəri bildirib.
ABŞ prezidenti qeyd edib ki, bu məsələni Çin lideri Si Cinpin ilə ciddi şəkildə müzakirə edib.
“Biz müəyyən işlər görürük, onlar da müəyyən işlər görürlər. Reallıq budur. Amma mən Si Cinpinlə bu barədə çox ciddi danışdım və istərdim ki, bu məsələ nəzarətə götürülsün”, - deyə Tramp vurğulayıb.
O, həmçinin Çinin bu fəaliyyətlə 50 ildir məşğul olduğunu iddia edib.
Qeyd edək ki, Donald Tramp mayın 13-15-də Çində səfərdədir. Onun bu gün Si Cinpinlə növbəti görüşü planlaşdırılır.
Müəllif: Adəm
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək































.jpg)



