Nida Xəbər
Elnur Bağırovdan yeni təyinat
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə yeni direktor təyin edilib.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Elnur Bağırov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu vəzifəyə Xəlilov Emil Vahid oğlu təyin olunub.
Qeyd edək, E.Xəlilov 1985-ci ildə anadan olub.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.
2023-2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universiteti tərəfindən dəstəklənən "Dövlət xidmətləri üçün süni intellekt” (AI4GOV) magistr proqramınının iştirakçısı olub.
Əmək fəaliyyətinə 2007-ci ildə bank sahəsində hüquqşünas olaraq başlayıb. 2008-2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrini icra edib.
2020-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökümətin İnkişafı Mərkəzinin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
2023-2024-cü illərdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin (TƏBİB) İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildən cari təyinatadək "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, İnsan resursları və Sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.
-
Nida Xəbər 11:41Dünənki sərəncamla bu qədər şəxsin pensiyası artırıldı
-
Nida Xəbər 11:04Milli Məclisin iclası keçirilir
-
İdman10:32Ceyk Olimpiya çempionu olan sevgilisini belə təbrik etdi: Qucağına aldı və... - VİDEO
-
Sosial10:23Güllələnən müəllimin son durumu açıqlandı
-
Nəqliyyat08:37Hazırda Bakı yollarındakı vəziyyət - Foto
-
Magazin107:35Xoşqədəmin qısqanclıqla bağlı açıqlaması “Survivor”da müzakirələrə səbəb oldu
-
Magazin206:46"Breaking Bad"in çəkildiyi evin yeni sahibi o oldu
-
Region06:16Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Sonda isə...






.jpg)



























