Sosial
FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2026-cı il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nazirliyin Gəncə Regional Mərkəzi (RM) tərəfindən “Xilasetmə manqası”, Sumqayıt RM tərəfindən “Yanğınsöndürmə manqa komandirləri”, Muğan RM tərəfindən “Kəşfiyyat manqasının komandirləri”, Cənub və Aran RM-lər tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərləri”, Şimal-qərb RM tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı




























.jpg)




.jpg)


.jpg)
.webp)










