Nida Xəbər
Direktor olmaq istəyənlərin nəzərinə
Fevralın 20-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyar üzrə qiymətləndiriləcəklər.
"Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət ediləcəklər", - məlumatda bildirilib.
Qeyd edilib ki, ilk 6 gün ərzində baş tutacaq müsahibələrin dəvətləri namizədlərin şəxsi səhifələrinə göndərilib.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu












.jpg)






















