Dünya
Türkiyənin “gizli silahı” - Cəmi bir saniyəlik görüntü Yunanıstanı qarışdırdı
Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 115 illiyi münasibətilə hazırladığı videoda bir saniyəlik görüntü ilə nümayiş etdirilən “Hava SOJ” elektron müharibə təyyarəsi Yunanıstanda narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, Yunanıstanın "Kathimerini" nəşri bu barədə məqalə dərc edib.
Nəşr yazıb ki, sistemin xidmətə qəbul edilməsi Türkiyəyə erkən xəbərdarlıq, kəşfiyyat məlumatlarının toplanması və mürəkkəb hava əməliyyatlarının idarə olunması sahəsində ciddi üstünlük qazandıracaq.
Məqaləyə görə, Türkiyənin pilotsuz uçuş aparatları, ballistik raketlər və elektron müharibə imkanlarının birləşməsi təkcə Afinada deyil, İsraildə də diqqətlə izlənilir.
Bildirilib ki, TUSAŞ tərəfindən həyata keçirilən layihə çərçivəsində 4 ədəd “Hava SOJ” təyyarəsinin bu il Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə başlanacağı gözlənilir. Təyyarələr düşmənin rabitə və radar sistemlərini aşkarlamaq, onların fəaliyyətini pozmaq və aldatmaq üçün nəzərdə tutulub.
Xəbərdə həmçinin vurğulanıb ki, Pakistan və Səudiyyə Ərəbistanı da artıq Türkiyənin bu elektron müharibə platformasına maraq göstərirlər.
Müəllif: Roza
-
Cənubi Qafqaz22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin122:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO















.webp)













.jpg)


