Nida Xəbər
“Amnesty International” Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı” - BƏYANAT
Azərbaycan Milli QHT Forumu “Amnesty International” təşkilatının 2026-cı il fevralın 17-də Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslər barədə açıqlaması ilə əlaqədar bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanat deyilir:
“Biz – yüzlərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat - Azərbaycan Milli QHT Forumu olaraq, “Amnesty International” təşkilatının Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslərin ədalət məhkəməsi tərəfindən mühakimə olunmasına etiraz edən çağırışını hiddətlə qarşılayırıq. Bu bəyanatla “Amnesty International” Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı, özünü rüsvayçılıqla ifşa etdi, müharibə cinayətkarları ilə eyni cərgədə dayandı.
Qəribədir, müstəqil xarici siyasət kursu olan Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün Rusiyadan Qarabağa göndərilmiş emissarlar - Ruben Vardanyan və digərlərinin həbsi, ədalətli mühakiməsi və barələrində məhkəmə qərarları “Amnesty International”ı özündən çıxarır.
Qarabağdan əvvəl hələ Ukraynada seperatizmin, terrorçuluğun maliyyələşdirilməsində, “çirkli pulllar”ın yuyulmasında istifadə olunan oliqarx Ruben Vardanyanı siz sadəcə, “tanınmış biznesmen” kimi qələmə verməklə kimi aldadırsınız?! “Amnesty International” həqiqətən hüquqa, ədalətə, humanizmə xidmət etsəydi, pul maraqlarına görə Vardanyan ailəsinin, Vardanyanın Böyük Britaniyadakı lobbiçilərinin əlində cılız alət olmağı özünə rəva bilməzdi.
“Amnesty International” terrorçuları müdafiə edən bu açıqlamasına görə, Azərbaycan cəmiyyəti, dünyada ədalət mübarizəsi aparan, terrorçuluqdan, müharibə cinayətlərindən, soyqırımılarından əziyyət çəkən bütün insanlar qarşısında utanmalıdır.
Ruben Vardanyan və digər erməniəsilli şəxslərin cinayətlərinin ifşası, onların cəzalandırılmasının alqışlanması əvəzinə “Amnesty International” bu cür təxribatı ilə Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə də xələl vurmağa, daşnak təfəkkürlü revanşistlərə mənəvi dəstək olmağa çalışır.
Maraqlıdır, ermənilərlə bağlı məhkəmə işlərinə bu qədər vaxt ayıran “Amnesty International” niyə 30 ilə yaxın işğal dövrü ərzində Ermənistanın təcavüzündən əziyyət çəkən azərbaycanlıların hüquqlarını müdafiə etmədi?
Hüquqi qərarlar siyasi təzyiq vasitəsi ilə dəyişdirilə bilməz. Regionda davamlı sülh yalnız ədalətin təmin edilməsi ilə mümkündür”.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu












.jpg)






















