Nida Xəbər
Nazir beş nəfərə yüksək vəzifə verdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.
İlkin Məmmədov 1988-ci ildə doğulub. Sumqayıt Dövlət Universitetində iqtisadçı-menecer ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda təhsilini İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru proqramında davam etdirir. Ötən dövrdə özəl sektorda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin sədrinin müavini vəzifəsində çalışıb.
Elnur Əliyev 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ötən dövrdə özəl sektorda, vergi sahəsində, 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.
Arif Ataxanlı 1990-cı ildə doğulub. Sumqayıt Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib. Ötən dövrdə özəl sektorda, Dövlət Sərhəd Xidmətində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.
Əlişah Kövsərov 1975-ci ildə doğulub. Bakı Avrasiya Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Ötən dövrdə Nazirlik sistemində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri vəzifəsində çalışıb.
Elşən Mahmudov 1979-cu ildə doğulub. Azərbaycan Texniki Universitetində mühəndis iqtisadiyyyatı ixtisası üzrə bakalavr, mühəndis biznesi və menecment ixtisası üzrə magistr təhsili alıb. Ötən dövrdə rabitə sahəsində, Teleradio İstehsalat Birliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu












.jpg)






















