Nida Xəbər
WUF13 çərçivəsində yüksək səviyyəli tədbir keçirildi - FOTO
“Xəzər regionunda iqlimədavamlı şəhər və icmalar: Urbanistik adaptasiya üçün iqlim maliyyəsinin səfərbər edilməsi” adlı bu tədbir 19 may tarixində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü əsasında, eləcə də BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, UNEP-in icraçı direktorunun müavini Elizabet Maruma Mrema və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə açılış nitqi ilə çıxış ediblər.
Tədbir zamanı Xəzər regionunda iqlim dəyişmələrinin şəhərlər və sahilyanı icmalara təsiri, urbanistik adaptasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti, eləcə də iqlimədavamlı şəhərsalma üçün iqlim maliyyəsinin və tərəfdaşlıqların səfərbər olunması üzrə imkanlar ətrafında müzakirələr aparılıb. İştirakçılar həmçinin ekoloji idarəetmə, sahilyanı şəhərlərin iqlimə davamlılığı və iqlim adaptasiyası üzrə innovativ həll variantları sahəsində təcrübə mübadiləsi aparıblar.
Eyni zamanda, tədbirdə iqlimədavamlı şəhərsalmanın təşviqi istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlərə diqqət yetirilib. Bu fəaliyyətlər sırasında Adaptasiya Fondunun maliyyə dəstəyi çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən UNEP və IOM ilə birgə icra olunan “Azərbaycanda iqlimədavamlı şəhər və icmaların yaradılması” proqramı xüsusi qeyd edilib.
Tədbirdə Azərbaycan Hökumətinin nümayəndələri, BMT-nin aidiyyəti qurumları, beynəlxalq maliyyə institutları, layihələrin icrası üzrə tərəfdaşlar və özəl sektor təmsilçiləri iştirak ediblər.
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu






.png)
















.png)











.jpg)