Avto
Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
Son bir ildə Rusiyada yaşanan benzin böhranı vətəndaşların avtomobildən istifadəsinə xeyli təsir edib.
Publika.az xəbər verir ki, bununla bağlı məşhur "Avtostat" analitik agentliyinin direktoru Sergey Tselikov özünün "Telegram" kanalında sorğu məlumatlarını paylaşıb. Sorğuya əsasən, Rusiyada sürücülərin 36%-i şəxsi avtomobilləri ilə gedişlərinin sayını azaldıb.
Tədqiqat "Avtostat"ın "Telegram" kanalının abunəçiləri arasında 1200-dən çox iştirakçı ilə aparılıb. Respondentlərin 15%-i avtomobil idarə etmə müddətini 10-20%, 11%-i 20-50% azaldıb. Daha 10%-i isə olduqca nadir hallarda avtomobil idarə etdiyini bildirib.
Respondentlərin yarısı (50%), o cümlədən benzin, dizel və maye qazla işləyən avtomobil sahibləri maşınla olan səyahət vərdişlərinin dəyişmədiyini bildirib. Respondentlərin yeddi faizi elektrik və ya hibrid avtomobillər idarə etdiklərini, eyni sayda respondent isə avtomobil sahibi olmadıqlarını və buna görə də yanacaqdoldurma məntəqəsindəki problemlərdən təsirlənmədiklərini bildirib.
Müəllif: Tural
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

