İdman
Qabırğaları sınıb ağciyəri deşilsə də, yarışı dayandırmadı - VİDEO
“Lotto-Intermarche” komandasının velosipedçisi Luka van Boven Vuelta Espanya yarışının yeddinci mərhələsində inanılmaz cəsarət nümayiş etdirib.
Publika.az xəbər verir ki, o, yarışın son 28 kilometrini iki qabırğası sınıq və ağciyəri deşilmiş vəziyyətdə başa vurub.
26 yaşlı idmançı rəqibi ilə toqquşduqdan sonra səkiyə çırpılaraq yıxılıb. Ciddi xəsarətlərə və açıq-aşkar nəfəs problemlərinə baxmayaraq, van Boven zehni gücü ilə finişə çatıb.
Hadisə 3500 metrdən çox dırmanışı əhatə edən mərhələ zamanı baş verib. Yıxıldıqdan sonra velosipedçi sinəsini möhkəm tutub bir müddət dizləri üstə oturub, lakin sonra yarışı davam etdirmək qərarına gəlib və mərhələnin qalibi Andreas Lekennesunddan 33 dəqiqə geridə qalaraq yarışı 178-ci yerdə başa vurub. İtaliyalı velosipedçi Alessandro Romele qəzaya səbəb olduğuna görə sarı vərəqə alıb.
Finiş xəttində yaralı idmançını tibb işçiləri qarşılayıb və ona kəsiklər, qan itkisi və ağır vəziyyət diaqnozu qoyulub. O, dərhal xəstəxanaya aparılıb, həkimlər diaqnozu təsdiqləyiblər və onu müşahidə altında saxlayıblar.
Komanda rəsmi olaraq belçikalı idmançının zədələrinə görə səkkizinci mərhələyə başlaya bilməyəcəyini təsdiqləyib.
Hero of the day: Luca Van Boven
— Lotto-Intermarché (@LottoIntermarch) August 28, 2026
He completed stage 7 of La Vuelta after a painful crash. pic.twitter.com/jy37zPZcmy


-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO














.jpg)
.jpg)





















