Bu avtomobillər kəskin BAHALAŞDI
Bizi izləyin

Nida Xəbər

Bu avtomobillər kəskin BAHALAŞDI

Bu avtomobillər kəskin BAHALAŞDI

Azərbaycan Qiymətləndircilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb.

2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir.

Palatanın təhlillərinə görə, bazarda əsas hərəkətverici qüvvə yenə də ikinci əl avtomobillər seqmenti olub. İkinci əl avtomobillər üzrə indeks aprel ayında 108.2 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8.2%, mart ayı ilə müqayisədə isə 2.1% artım deməkdir.

Yeni avtomobillər seqmentində isə artım daha zəif olub.

Belə ki, yeni avtomobillər indeksi baza dövrü ilə müqayisədə 3.5%, mart ayı ilə müqayisədə isə 0.8% yüksəlib.

Araşdırma göstərir ki, ölkədə avtomobil bazarında orta qiymət artımı da davam edib. Aprel ayında orta bazar qiyməti 30 min 480 manata yüksəlib. Bu göstərici dekabr 2025-ci illə müqayisədə 9.2%, mart ayı ilə müqayisədə isə 1.9% çoxdur. Satış aktivliyi indeksində də yüksəliş qeydə alınıb. İndeks aprel ayında 110.5 bəndə çataraq baza dövrünə nisbətən 10.5%, aylıq müqayisədə isə 1.7% artım göstərib. Kreditlə satışların payı da yüksələrək 48%-ə çatıb. Bu isə dekabr ayı ilə müqayisədə 8 faiz bəndi, mart ayı ilə müqayisədə isə 1 faiz bəndi artım deməkdir.

Bu cür qiymət artımlarına səbəb nədir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, “ikinci əl”avtomobillərin bahalaşmasının əsas səbəblərindən biri yanvarın 1-dən idxal edilən bəzi avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğvidir:

“Bildiyimiz kimi, hibrid və elektrik avtomobillərə bütün növ vergi güzəştləri ləğv edilib. Bu səbəbdən də yeni avtomobillərin qiyməti ən azı 18-20 faiz bahalaşıb. Yeni avtomobillərin qiymətlərinin artması “ikinci əl” avtomobillərə marağı artırıb. Yanvara qədər “ikinci əl” avtomobillər daha ucuz təklif edilirdi. Çünki müştəri düşünürdü ki, “bir az baha alım, amma yeni avtomobil alım”.

Amma vergi güzəştlərinin ləğvindən sonra yeni avtomobillər hər kəs üçün əlçatan deyil. Ona görə də “ikinci əl” avtomobillərə maraq yenidən artıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm