Nida Xəbər
Prokuror 7–8 il həbs istədi - Perinatal Mərkəz işi davam edir
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov vəsatət verərək, məhkəmə istintaqının yenilənməsini xahiş edib.
Vəkil, yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki ekspertizanın keçirilməsi, həmçinin ekspertin dindirilməsi barədə vəsatətləri olacağını deyib.
Dövlət ittihamçısı Eldar Məmmədov isə vəsatətin təmin olunmamasını bildirib. Onun sözlərinə görə, məhkəmə istintaqı tamamlanıb, ittiham tərəfi çıxış edib və vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Mehriban Abbasquliyevanın digər vəkili Muxtar Mustafayev də vəsaitlərinin təmin olunmasını istəyib.
Təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını xahiş ediblər.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası iyunun 3-də davam edəcək.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zaldan həbs olunmasını təklif edib.
Xatırladaq ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib./unikal.az
-
Magazin211:24Kardaşyan bu etirafı ilə hər kəsi şoka saldı: Gün ərzində 35 həb qəbul edir
-
Sosial11:12Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?
-
Sosial10:21Hamlet Musayevin qızı həbsdən azad edildi
-
Dünya10:06Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb
-
Sağlamlıq08:24Diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlandı
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO

















.jpg)




















