Nida Xəbər
Nazir "EFES - 2026" təlimində gecə mərhələsini izlədi - Foto
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Özdərə hərbi düşərgəsində keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsini izləyib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlar tədbir çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.
Türkiyənin milli müdafiə naziri, Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli müşahidəçilər gecə vaxtı şərti düşmən gəmisinin ələ keçirilməsi, sahil mühafizəsinin təşkili, helikopterlər vasitəsilə hava kəşfiyyatının və atəş dəstəyinin təmin edilməsi, artilleriya qüvvələri və digər bölmələr tərəfindən icra edilən müxtəlif tapşırıqların icrasını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 50 ölkənin hərbi qulluqçularının qatıldığı təlimin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin Quru qoşunları, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin arsenalında olan silah və vasitələrdən birgə istifadə üsullarının və bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimdə həmçinin, hərbi kontingentlər arasında koordinasiyanın gücləndirilməsi, Taktiki Data Link (TDL) sistemlərinin effektiv istifadəsinin təmin edilməsi, hərbi əməliyyatlar zamanı kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi və ortaq kibertəhlükəsizlik anlayışının formalaşdırılması nəzərdə tutulub.
-
Nida Xəbər 12:43"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu - YENİLƏNDİ
-
Dünya12:16İsrail Ərdoğanın bəyanatlarından narahatdır: ABŞ xəbərdar ediləcək
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...
-
Dünya10:45İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
-
Nida Xəbər 10:29Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdilər - FOTO
-
Avropa09:54Avropada dəhşət yaşanır: 1300 ölüm qeydə alındı
-
Maraq dünyası09:42Filankəs "it dili bilir" məsəli elmi təsdiqini tapdı: Sən demə, insanla it arasında...
-
Hadisə09:12Xalq şairinin oğlu vəfat etdi - FOTO


































