Nida Xəbər
Kobaxidze Azərbaycanla imzalanan müqavilələrdən danışdı - Daha 20 il uzadıldı
Azərbaycanla qaz tədarükü ilə bağlı mövcud olan 20 illik müqavilənin müddəti daha 20 il uzadılıb.
Publika.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə "Imedi LIVE" telekanalının efirində danışıb.
Hökumət başçısı vurğulayıb ki, enerji sahəsində qaldırılan bütün məsələlər konkret danışıqlar və razılaşmalar yolu ilə həllini tapıb. Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır:
"Son illərdə Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə artıb və 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi yeddi dəfə yüksəlib. Odur ki, biz bu imkanlardan maksimum istifadə etməliyik. Azərbaycanda imzalanan razılaşmalar müxtəlif istiqamətləri əhatə edir və onların hamısı Gürcüstanın tranzit funksiyasının inkişafına xidmət göstərəcək".
Baş nazir qeyd edib ki, qaz idxalı və tranziti ilə bağlı əldə olunan razılaşmalar ölkənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır: "Ən vacibi odur ki, biz lazımi həcmdə qaz əldə etdik. Bu isə ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir".
Baş nazir Azərbaycan tərəfinə təşəkkür edərək bildirib ki, aparılan danışıqlar iki hökumət arasında standart proses deyil, dostlar arasında dialoq xarakteri daşıyıb:
"Son üç ildə fəaliyyəti dayandırılan Bakı-Tbilisi-Supsa boru kəmərinin işi də bərpa olunacaq. Bu layihənin dayanması Gürcüstana hər il on milyonlarla lari həcmində potensial gəlir itkisinə səbəb olurdu. Bakı-Tbilisi-Qars dəmir yolu ayın sonunda fəaliyyətə başlayacaq və Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunacaq. Bütün bu razılaşmalar Gürcüstanın iqtisadi cəhətdən güclənməsi və regiondakı tranzit rolunun daha da artması üçün fundamental əhəmiyyətə malikdir". (Report)
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu






.png)














.png)












.jpg)
.jpg)