Nida Xəbər
Bakı Türkiyə-İsrail gərginliyini azaltmaq üçün hərəkətə keçdi
Azərbaycan İsrail və Türkiyə arasındakı gərginliyi azaltmaq üçün pərdəarxası diplomatik səylər göstərir.
Publika.az xəbər verir ki, bu barədə "Ynet" İsrail mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Bakının vəziyyətə müdaxilə cəhdləri iki ölkə arasında münasibətlərin kəskin şəkildə gərginləşməsindən bir həftə sonra başlayıb.
Suriyadakı Türkiyə bazasına endirilən zərbə, İsrail Baş naziri Binyamin Netanyahunun Türkiyəyə qarşı sərt açıqlamaları, eləcə də Türkiyə hakimiyyətinin İsrail Baş nazirinin həbs orderini verməsi və onun beynəlxalq axtarışa verilməsi tələbi gərginliyi artırıb.
"Ynet"in məlumatına görə, Azərbaycan hər iki tərəfin etimadını qazanıb və artıq İsrail ilə Türkiyə arasında vasitəçilik təcrübəsinə malikdir. 2025-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında birbaşa dialoq təşəbbüsü ilə çıxış edib.
Həmin vaxt Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti və o dövrdə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini tutan Tsaxi Hanegbinin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti İlham Əliyevin vasitəçiliyi ilə Bakıda görüşüb.
Danışıqların nəticəsi olaraq, tərəflər Suriyada əməliyyat koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər və bu mexanizm uzun müddətdir ki, effektiv şəkildə fəaliyyət göstərir.
İndi isə Bakı yenidən hər iki tərəflə əlaqələrindən istifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır.
"Həm siz, həm də Türkiyə bizim dostumuzsunuz. Gərginliyi dərhal azaltmaq vacibdir", - "Ynet"in sitat gətirdiyi Azərbaycan mənbəsi bildirib.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)







.jpg)


.jpg)















.jpg)