Nida Xəbər
Baş prokuror vətəndaşları qəbul etdi
Baş prokuror Şəki rayonunda vətəndaşları qəbul edib və xidməti mənzillərə baxış keçirib
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Avqustun 25-də Baş prokuror Kamran Əliyev Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak etmiş 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha sonra Şəki rayonunda xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan, təmiri başa çatdırılan, habelə zəruri mebel və avadanlıqlarla təchiz olunmuş xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək burada yaradılmış şəraitlə yerində tanış olub və əməkdaşların sosial-məişət təminatının gücləndirilməsi məqsədilə görülən işləri yüksək qiymətləndirib.
Baş prokuror burada yaradılmış şəraitin Prezident cənab İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək, buna görə dövlət başçısına təşəkkürünü ifadə edib.
Bildirib ki, görülən tədbirlər regionlarda çalışan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli həyata keçirməsi üçün zəruri imkanların yaradılmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi və xidmət üçün zəruri infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı








.jpg)


.jpg)











.jpg)

















.jpg)

