Nida Xəbər
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.
Publika.az xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.
Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.
Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR






.jpg)



.jpg)








.jpg)

.jpg)














.jpg)