Nida Xəbər
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi - FOTO
Avqustun 26-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər.
Publika.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verdi.
Qeyd olundu ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.
Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. Burada uşaqların müalicə-profilaktikası ilə yanaşı, pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi tədqiqatların aparılması, mövcud tibb təhsilinin təkmilləşdirilməsi həyata keçirilir. İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi və bir çox paraklinik bölmələr var. Yenidoğulanların 60 çarpayılıq reanimasiyası və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.
Birinci vitse-prezident və qızları ziyarət zamanı institutda yaradılmış şəraitlə tanış olublar. Həmçinin gələcəkdə fəaliyyətin təkmilləşdirilməsi üçün instituta avadanlıqlar – süni ventilyasiya aparatları hədiyyə edilib.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR






.jpg)



.jpg)








.jpg)

.jpg)














.jpg)