Nida Xəbər
Niderland Səfirliyindən Şəkidə baş verən hadisəyə reaksiya
Niderlandın Azərbaycandakı Səfirliyi Şəkidə xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə görə, Azərbaycana təşəkkür edib.
Publika.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı Səfirliyinin "X" hesabından edilən paylaşımda bildirilib.
“Avqustun 29-da Şəkidə dağlıq ərazidə yürüş zamanı xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə və təcili tibbi yardım göstərilməsinə görə, Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.
Xüsusilə, çətin dağlıq ərazidə və qaranlıq şəraitdə həyata keçirilən təcili xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində ilkin tibbi yardım göstərilməsinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təşəkkür edirik”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, avqustun 29-da Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Xilasetmə əməliyyatı dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində və çətin dağlıq relyefdə həyata keçirilib.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı









.jpg)








.jpg)



.jpg)












