Nida Xəbər
Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.
Nazirlər eyni zamanda regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazda mövcud vəziyyət və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı









.jpg)








.jpg)



.jpg)












