Nida Xəbər
Simonyandan Azərbaycanla bağlı vacib açıqlama: Razılığa gəldik
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Azərbaycanın sülh prosesini dərinləşdirmək üçün addımlar atmağa davam etmək üçün praktik istəyini görür.
Publika.az xəbər verir ki, Simonyan bildirib ki, İrəvan və Bakı saxlanılanların və itkin düşmüş şəxslərin taleyi də daxil olmaqla, həll olunmamış məsələlər üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.
"Görürəm ki, Azərbaycan tərəfi sülhə doğru bütün addımları atacaq və hazırda da atır. Bütün bu məsələləri müzakirə etdik və prosesi dərinləşdirməyə davam etmək, hələ həll olunmamış məsələlərin həlli üçün yeni mexanizmlər tətbiq etmək barədə razılığa gəlindi", - Simonyan deyib.
Simonyan həmçinin Ermənistan və Azərbaycan cəmiyyətlərinin bir-birinə münasibətində tədricən dəyişikliyin zəruriliyini vurğulayıb.
"Biz təkcə Ermənistanda deyil, həm də Azərbaycanda insanların münasibəti baxımından 30 illik mirası dəyişdirə bilməliyik", - deyə o qeyd edərək, iki ölkə arasında nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin artıq baş tutduğunu və bu əlaqələrin davam etməli olduğunu əlavə edib.
Azərbaycana mümkün səfərlə bağlı sualı cavablandıran Simonyan Bakıya səfər edəcəyini istisna etməyib.
O xatırladıb ki, bundan əvvəl Dilicanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.
"Mən özümün belə bir səfər edə biləcəyimi istisna etmirəm. Heç bir konkret məlumat və ya vaxt verə bilmərəm", - Simonyan bildirib.
Onun sözlərinə görə, daha bir görüşün keçirilməsi barədə razılıq var, lakin konkret tarixlər hələ müəyyən edilməyib.
Müəllif: Tural
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı









.jpg)








.jpg)



.jpg)












