Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi

Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Publika.az-ın məlumatına görə, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm