Nida Xəbər
Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalandı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi arasında Azərbaycan Ordusunun şəxsi heyəti arasında vərəm və yuxarı tənəffüs yollarının digər xəstəliklərinin profilaktikası istiqamətində əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, memoranduma əsasən tərəflər arasında profilaktik maarifləndirmə, sağlamlıqla bağlı məlumatlılığın artırılması və xəstəliklərin qarşısının alınmasında birgə fəaliyyətin əsas istiqamətləri müəyyən edilib.
Əməkdaşlıq çərçivəsində hərbi qulluqçular arasında vərəmin əsas xüsusiyyətləri, mümkün əlamətləri, yoluxma yolları və profilaktik tədbirlər barədə maarifləndirmənin aparılması, həmçinin yuxarı tənəffüs yollarının digər xəstəliklərindən qorunma ilə bağlı məlumatlılığın artırılması nəzərdə tutulur.
Qeyd edək ki, memorandum dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında sağlamlığın qorunması və xəstəliklərin profilaktikası sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)









.png)




















