Nida Xəbər
“Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik”
Azərbaycan müharibədə qalib gəldikdən və işğalçıları torpaqlarından qovduqdan sonra Ermənistana sülh təklif edib.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 30 illik əzablara, soyqırımına, şəhər və kəndlərin dağıdılmasına görə Ermənistandan qisas almayıb:
“Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik”.
İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir ildən bir az çoxdur sülh şəraitində yaşayır.
O, bu sülhün hələ də kövrək olduğunu, onu qorumağın və möhkəmləndirməyin vacibliyini qeyd edib.
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
















.jpg)


.jpg)

















