Digər
Komitə sədri: “Azərbaycan bu gün böhrandan ona görə uğurla çıxır ki...”
“İndiyə qədər büdcə gəlirlərinin ÜDM payı 34 faiz idi. Gələn il 28 faiz olacaq. Neftin qiymətinin iki dəfə aşağı düşməsi gəlirləri aşağı salıb. Lakin büdcə gəlirlərinin azalması təşvişə səbəb olmamalıdır”.
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O deyib ki, növbəti ildə əhalinin maaşları, pensiyalar əvvəlki illərdən də artıq olacaq.
Sosialyönümlü bazar iqtisadiyyatı davam etdiriləcək: “Neftin Ümumi Daxili Məhsulda payı 16 milyard manat təçkil edir. 71 faiz qeyri-neft sektorundan əldə edilir. Azərbaycan bu gün böhrandan ona görə uğurla çıxır ki, qeyri-neft sektorunun hesabına iş yerləri açılıb”.
O qeyd edib ki, dövlət büdcəsinin layihəsi, büdcə zərfinə daxil olan bütün sənədlər komitədə birgə müzakirə edilib, ən kiçik məqamlara belə toxunulub: “Neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin, valyuta ehtiyatına mənfi təsir edib. Qarşıdakı dövrdə də neft-qaz kompleksi sürətlə inkişaf edəcək. Prezidentdə bəyan etdi ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafı, aqrar sahənin irəli aparılması, sahibkarlara dəstək verməkdir. Bu büdcə gəlirlərinin artmasına şərait yaradacaq. Qeyd edim ki, büdcə zərfinə daxil olan materiallar göstərir ki, bizim iqtisadi strukturlar əl-ələ verərək işləyiblər. Əvvəl bəzən razılaşmalar gec olurdu. Lakin 2016-cı il büdcəsi göstərir ki, iqtisadi strukturlar birgə işləyərək mükəmməl sənəd hazırlayıblar. Təbii ki, bizim problemlərimiz də var. Bunu hökumət üzvləri də, deputatlar da qeyd edəcək.
İqtisadiyyat şöbəsi
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı