Özəl sektora verilən kreditlərin faizləri azaldılacaq
Bizi izləyin

Digər

Özəl sektora verilən kreditlərin faizləri azaldılacaq

“Bankların kapital adekvatlılığı 17%-dir. Beynəlxalq standartlara görə bu, 8% olmalıdır”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bank sədri Elman Rüstəmov deyib. Onun sözlərindən bəlli olub ki, bank sektorunun məcmu kapitalı son ildə 2 dəfə artaraq 4,2 mlrd. manata çatıb. Likvidlik tələbi 2 dəfədən çox üstələyir. Bank sektoru ən pis ssenaridə ödəniş qabiliyyətini qoruyub saxlamağa qadirdir”.

MB sədri faizlərə də toxunub. O deyib ki, real sektorun, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə çıxışını artırmaq üçün yeni təşəbbüslər göstəriləcək. Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm