Kartof və yumurta bahalaşdı
Bizi izləyin

Digər

Kartof və yumurta bahalaşdı

Sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,0 faiz ucuzlaşıb.

Publika.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri ucuzlaşıb, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalçı qiymətləri ucuzlaşıb. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti ucuzlaşıb, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə bahalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm