TANAP-da 2,5 milyard dollarlıq qənaət
Bizi izləyin

Digər

TANAP-da 2,5 milyard dollarlıq qənaət

Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Layihəsinə çəkilən xərclər proqnoz göstəricidən 20-25 faiz azalıb.

Publika.az-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev bildirib ki, layihə planlaşdırıldığından ən azı, 20-25% ucuz başa gələcək və tikinti öz axarı ilə davam edir: “Çox gözəl tender nəticələrimiz olub. Bu da imkan verir ki, layihəyə daha az vəsait xərclənsin".

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində Türkiyəyə qaz nəqlinə 2018-ci ildə başlanılması gözlənilir. Əvvəlcə illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli şəkildə öncə 24 mlrd. kubmetrə, daha sonra da 31 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.

Qeyd edə ki, 10-11 mlrd. dollar dəyərində qiymətləndirilən 1850 kilometrlik boru xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanacaq, Cənubi Qafqaz Boru Xətti ilə alacağı qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP-da pay bölgüsü belədir: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm