Digər
Sabah dollar bahalaşacaq
Avropada dövriyyəyə daha çox avro buraxıla bilər. Bu da Avronu ucuzlaşdırır.
Publika.az “marja”ya istinadən bildirir ki, avro Avropa Mərkəzi Bankının prezidenti (AMB) Mario Draghinin Avro Bölgəsində iqtisadi risklərin "açıq bir şəkildə göründüyünü" deməsi və inflyasiya hədəfinə (2%-ə) çatılması üçün ehtiyac duyularsa, monetar ekspansiyanı (monetar təşviq) artıracaqlarını deməsinin ardından zəifləyib.
19 Avropa ölkəsinin vahid pul vahidi avro Draghinin Avropa
Parlamentindəki çıxışında verdiyi şərhlərin ardından 16 əhəmiyyətli
pul vahidinin hamısı qarşısında dəyər itirib. Avro dollar
qarşısında aprel ayından bu yana ən aşağı səviyyəsinə
yaxınlaşıb.
Avro dollar qarşısında 0,5 faiz düşərək (dollar bahalaşıb) 1,0695
səviyyəsini görüb. Avropanın ortaq pul vahidi 10 noyabrda 1,0675
dollar ilə 23 apreldən bu yana ən aşağı səviyyəsini görmüşdü.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı monetar təşviq yolu ilə bazardan istiqrazları alaraq dövriyyəyə əlavə avro buraxır.
Avro/dollar məzənnəsindəki dəyişikliklər AZN məzənnəsinə də ötürülür. Dolların bahalaşması ilə əlaqədar olaraq dollar/manat məzənnəsi 1,0503-ə çıxıb. Sabah dolların manat qarşısında bir az da bahalaşacağı gözlənilir.
İqtisadiyyat şöbəsi
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO