Digər
İqtisadiyyatımız 3,3 faiz artacaq
Hökumətin son proqnozlarına görə, 2015-ci ildə ölkədə iqtisadi artım 3,3%, qeyri-neft sektorunda artım isə 5,9% olacaq.
Publika.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Bankın (MB) Pul İcmalında qeyd edilir.
İcmalda bildirilir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında qeyri-neft sektorunda artım 7,1% göstərilir. Rəsmi proqnozlara görə, iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi ötən illə müqayisədə 7,8% bəndi artaraq ilin yekunu üzrə 68,8% təşkil edəcək. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcək.
2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun real artım tempinin 9,2% təşkil edəcəyi gözlənilir. Daxili investisiyalarla yanaşı, xarici investisiyalar da iqtisadi artıma müsbət təsir edəcək. Reallaşdırılan iri həcmli neft-qaz layihələri, habelə mürəkkəb qlobal iqtisadi şəraitə baxmayaraq, ölkəmizin beynəlxalq kredit reytinqinin yuxarı həddə qiymətləndirilməsi xarici investisiya axınlarının yüksək tempdə artmasına şərait yaradır. İlin yekunu üzrə xarici investisiyaların 49%, iqtisadi artımın digər mühüm amili olan əhalinin istehlak xərclərinin isə real ifadədə 1,4% artacağı gözlənilir. İstehlakın artımına ilk növbədə əhali gəlirlərinin artımı şərait yaradır. İlin sonuna əhalinin real pul gəlirlərinin 1,9% artacağı proqnozlaşdırılır. Ölkəmizin əsas ixrac məhsullarından olan neftin dünya bazarında qiymətlərinin kəskin düşməsinə baxmayaraq, xalis ixracın həcmi də nominal ÜDM-nin formalaşmasında mühüm rol oynayır. İlin sonuna xarici ticarət balansının profisitli olacağı gözlənilir.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı