Türkiyədə 3 terror aktının iştirakçısı tutuldu: kamikadze axtarılır
Bizi izləyin

Digər

Türkiyədə 3 terror aktının iştirakçısı tutuldu: kamikadze axtarılır

Türkiyə polisi “34 HF 3100” nömrəli “VW Golf” markalı avtomobilin axtarışlarına başlayıb.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, avtomobili PKK terrorçularına satan Arab Yaqut dünən İstanbulda tutularaq Ankaraya gətirilib.

Arab Yaqutun satdığı 4 avtomobildən 3-ü Ankara, İstanbul və Adanada həyata keçirilən terror aktlarında istifadə olunub və biri hazırda axtarılır. Yaqutun 29 nəfərin ölümü ilə nəticələnən Ankara terror aktında adı çəkilən Kudbettin Onurla əlaqəsinin olduğu müəyyənləşdirilib.

“Milliyyət” aldığı məlumata görə, Hasan Aysen və Uğur Yüce ilə birlikdə saxlanılan Arab Yaqut 4 avtomobil üçün PKK-ya saxta nömrələr hazırlayıb. Bu avtomobillərdən 3-nün Ankara, İstanbul va Adanada terror aktlarında istifadə edilməsi və sonuncunun hələ tapılmaması polisi hərəkətə gətirib. Bəzi məlumatlara görə, avtomobil İstanbulda görünüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm