Digər
Öl e, öl, daha niyə yaşayırsan?
Nənəmin yaxşı bir sözü vardı, yeməyənin payını yeyərlər, hələ üstündən su da içərlər. Amma indi o qədər qəzəbliyəm ki, heç su da məni sakitləşdirməz.
Erməni oliqarx, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın 23 yaşlı oğlu Sarkisin toyunda bəylə gəlinin “O olmasın, bu olsun” operettasında səslənən rəqsin sədaları altında süzməsini görəndə başımdan sanki qaynar su tökdülər. Özü də bir qazan yox, bir çən!
Azərbaycanlı milyarder AST Telmana məxsus “Safisa” şadlıq sarayında baş tutan toyda bu musiqinin erməni “milli rəqs”i adı altında qələmə verilməsi əvvəlcə təpəmdən tüstü çıxardı. Sonra isə bu qəzəbi xəcalət təri əvəzlədi. Yavaşca öz-özümə dedim öl e, öl, daha niyə yaşayırsan?! Belə də ki, elə sənə bu da azdır. Sən döyüldün, qohum-əqrəbanın toyunda ayağını yerə çırpa-çırpa onun-bunun rəqslərinə şıdırğı gedən?
Vaxt vardı, qızlar ər evinə gəlin havası sayılan “Vağzalı”nın sədaları altında qırmızı duvaqda köçərdilər. İndi “Vağzalı”nı bəyənən kimdir? Gəlin havasını “Mendelson” marşı ilə əvəz ediblər. Hələ qollarını çarpazlayıb, şərab içmələrini demirəm. Allah bilir, bu “tryuk”un üzərində evdə nə qədər məşq də edirlər. Adama deyərlər noolub, nə ölümdür? Sən azərbaycanlısan e, avropalı deyilsən.
Erməni oliqarxının oğlu qədər də olmadınız. Bəylə-gəlin milli geyimdə rəqsimizin sədaları altında süzür. Biz milli rəqsimizi bəyənib oynamırıq, o ki qala, milli geyimlərimizdə gəlin köçək.
Nə vermişik kürəyi belinə qədər açıq, sinəsi, göbəyi çöldə qalan libaslara. Bilirəm mənə güləcəksiniz, sözlərim naftalin iyi verir deyib məsxərəyə qoyacaqsınız. Heç umurumda belə deyil. Onsuz da islanmışın yağışdan nə qorxusu? Elə özümüzü bəyənməyə-bəyənməyə, onun-bunun yerişini yeriyə-yeriyə öz yerişimizi də itirmişik. Onun-bunun musiqilərini dinləyib, onun-bunun havasına oynayıb, onun-bunun yeməklərini nuş edib, özümüzünkünü bəyənmədikcə erməni də belə edəcək. Bizim qurumlar da uzaqbaşı “haralarasa” etiraz məktubu ünvanlayacaq, mənim kimi bir az deyinib-danışıb, sonra yenə öz işimizdə olacağıq. Anlamırıq ki, sözlə yox, əməllə ermənini susdurmalıyıq. Odur ki, rəqsimizə, mətbəximizə, geyimimizə, bir sözlə – keçmişimizə sahib çıxmalıyıq ki, sonra yana-yana qalmayaq. Çünki əvvəldə dediyim kimi, yeməyəninin payını yeyərlər.
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO