Pirallahı rayonuna 3,8 milyon manat ayrıldı
Bizi izləyin

Digər

Pirallahı rayonuna 3,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az xəbərinə görə, sərəncamda qeyd edilir ki, Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılsın.

Eyni zamanda Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm