Digər
Kəmaləddin Heydərov Litvanın Daxili işlər naziri ilə görüşdü
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Publika.az FHN-in rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində "Əməliyyat zalı", həmçinin İctimaiyyətlə əlaqə idarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Eyni zamanda, səfər çərçivəsində D.A.Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olub. Nazirin Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına tanışlıq səfəri də planlaşdırılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu