Digər
Leyla və Arzu Əliyevalar avto yürüşdə - FOTOLAR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümü ilə əlaqədar Bakıda klassik avtomobillərin yürüşü
keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
ilə əlaqədar mayın 9-da Bakıda klassik avtomobillərin yürüşü təşkil
olunub.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq
meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan
Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak
ediblər.
Klassik avtomobillərin yürüşü paytaxt Bakıda Azərbaycan Avtomobil
Federasiyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə açılacaq sərgi çərçivəsində keçirilib.
Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına
səbəb olan bu avtoyürüş Ulu Öndərin xatirəsinə ehtiramın daha bir
nümunəsi oldu. Güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan
amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın
tarixinə qızıl səhifələr yazan Ümummilli Liderin quruculuq
salnaməsi, onun Azərbaycana rəhbərlik etdiyi illər milli intibah
dövrü kimi əbədiləşib.
Artıq hazırlıq işlərinə başlanmış “Klassik avtomobillər sərgisi”ndə
müxtəlif illərdə və ölkələrdə istehsal olunmuş avtomobillər nümayiş
etdiriləcək. Bildirilib ki, sərgi avtomobil həvəskarlarını bir
araya gətirərək nostalji hisslər yaratmaqla yanaşı, avtomobil
istehsalı tarixinə ekskursiya xarakteri daşıyır.
Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə fərqlənəcək
sərgidə vətəndaşlar da öz şəxsi klassik avtomobillərini nümayiş
etdirə bilərlər. Sərgi müddətində şəxsi klassik avtomobillərini
nümayiş etdirmək istəyən vətəndaşlar avqustun 5-dək avtomobilləri
barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının [email protected]
elektron ünvanına göndərə bilərlər.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ