
"Azərbaycanın hələlik Avrasiya İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük".
Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Ermənistanın Avrasiya İttifaqına qoşulması məsələsinə də toxunan N.Məmmədov Azərbaycanın bununla bağlı heç bir narahatlığının olmadığını söyləyib:
"Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən həmin iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq hansı quruma üzv olur-olsun, özünün suveren hüququdur. O, BMT-yə, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu şərtlərlə istənilən təşkilata qoşula bilər. Başqa söhbət ola bilməz! Bu, bizim tələbimizdir və o da yerinə yetiriləcək".
Vasif Həsənli