Digər
İlham Əliyev və xanımı Afina Akropolunda - FOTO
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olublar.
Altı min illik tarixi olan Afina dünyanın ən qədim şəhərlərindən biridir. Şəhər müdriklik ilahəsi Afinanın adını daşıyır. Bütün dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. "Yuxarı şəhər" mənasını verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir.
Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada
yerləşən, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında
olan Akropol 3 min illik tarixə malik memarlıq abidələri ilə
zəngindir və sanki muzeyi xatırladır. Qədim Afinanın həm dövlət,
həm də dini mərkəzi sayılan Akropolun qorunmasına afinalılar bütün
dövrlərdə ciddi fikir vermişlər. Hətta Perikl zamanında Akropolun
bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə insan cəlb
edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də
məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini artıran
mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri
olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi
abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn,
yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin
xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan
sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.
Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan
Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə
ucaldılmış Parfenon məbədi yerləşir.
Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və
mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və
Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu
məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri
müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI
əsrə aid abidələrə də rast gəlmək mümkündür.
Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə
bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən
etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.
Akropol öz möhtəşəmliyi ilə onu görməyə gələn hər bir turistin
qəlbində unudulmaz hisslər yaradır.
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları