Digər
Türkiyə prezidentliyinə azərbaycanlı namizəd
Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaladdin İhsanoğlu əslən azərbaycanlı imiş.
Publika.az-ın apardığı araşdırmadan məlum olub ki, İhsanoğlunun ulu babaları Şirvanda yaşayıblar. Azərbaycana səfər edən zaman o, Şamaxıya gedərək ulu babalarının məzarını da ziyarət etmişdi. Yerli telekanallara müsahibəsində Şirvan əsilli olduğunu deyib. İhsanoğlunun nəsli XVIII əsrdə Səfəvi-Osmanlı çəkişmələri zamanı Şirvandan Yozqata mühacirət ediblər.
Babasının doğulduğu Yozqat türkmənlərin sıx yaşadığı yerdir. Zülqədərlu (osmanlıca Dulkadaroğulları) elatının məskunlaşdığı vilayətdir. Zülqədərlular əslən cənubi azərbaycanlı sayılırlar. Daha sonra babası Yozqatdan Rodos adasına köçüb. Rodos işğalından sonra Türkiyədəki “şapka qanunu” üzündən Türkiyəyə deyil, Misirə köç ediblər. Misirdə türkoğlu deyilən türkəsilli elita ilə yaxın olublar.
E. İhsanoğlu 70-ci ilə kimi Misir vətəndaşı olub. Qahirədə və
İngiltərədə təhsil alıb. Misirdə Osmanlı tarixini tədris və tədqiq
edib. 70-ci ildən Türkiyəyə köçüb. 25 ildir İslam Əməkdaşlıq
Təşkilatında çalışıb, qurumun baş katibi də olub. İƏT-in baş katibi
olanda Azərbaycana sıx-sıx səfər edib, Heydər Əliyev Fondu, XİN və
digər qurumlarla birgə tədbirlər keçirib.
İhsanoğlunu Türkiyədə sevməyənlər də var. Millətçilər onun
Misirdə doğulduğunu, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrinə görə
qəbul etmirlər. Hətta bəzi millətçi qəzetləri onu “Vahid namizəd
Sisi” deyə təqdim edirlər.
Asif Nərimanlı
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi