Digər
Jurnalistika fakültəsinə qəbulda hansı dəyişikliklər olacaq?
Azərbaycan Mətbuat Şurası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ali təhsilin bakalavr səviyyəsi üzrə jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiq olunması ilə bağlı təkliflər təqdim edəcək.
TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında
bildirib ki, bu məsələ ilə bağlı hər iki qurum arasında müzakirələr
aparılır:
"Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlamışıq.
Ondan xahiş etmişik ki, jurnalistika fakültəsinə qabiliyyət
imtahanlarının keçirilməsini hansı formada təsəvvür etmələri barədə
bizə məlumat versinlər, öz təkliflərini hazırlasınlar. Onunla bu
həftə, yaxud gələn həftə ərzində görüşəcəyik".
M.Abbaszadə hesab edir ki, jurnalistika sahəsində çalışanlar
ixtisasından asılı olmayaraq, bakalavr səviyyəsi üzrə ali təhsilli
olmalıdırlar. Həmin gənclər magistratura pilləsində mütəxəssis kimi
formalaşmalıdırlar.
Magistraturaya qəbulun 2 mərhələdə aparıldığını xatırladan
Komissiya sədri əlavə edib ki, qəbul imtahanlarının ikinci
mərhələsində jurnalistika ixtisası üzrə təhsil almaq istəyən
bakalavrların qabiliyyəti yoxlanılır. Bakalavrlar imtahanın ikinci
mərhələsində esse yazırlar.
M.Abbaszadə hesab edir ki, jurnalstikaya qəbulda bakalavr
səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsi aşağı bal
toplayan abituriyentlərin bu ixtisasa daxil olmasına gətirib çıxara
bilər: "Qabiliyyət imtahanları verənlərin orta-statistik
göstəriciləri ilə tanışsınız. Fikirləşirəm ki, qabiliyyət imtahanı
olsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar
qəbul olunacaqlar. Bu, bizə lazımdırmı? Bizə intellektual
jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanı lazımdır? Bizim
üçün qabiliyyət imthanını təşkil etmək texniki bir məsələdir və biz
buna hazırıq. Amma bu, hansı nəticəni verəcək, nəticəmiz
yaxşılacaq, yoxsa bundan sonra pisləşəcək? Əgər bakalavr pilləsi
üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı
tətbiq olunsa və bu zaman yazılı iş istənilsə, yəqin ki, birinci il
təqdim olunan plan yerləri dola bilməz. Çünki qoyulan tələblərə
uyğun esselərin kifayət qədər yazılacağına inanmıram".
M.Abbaszadənin sözlərinə görə, ilk növbədə ali məktəblərin jurnalistika fakültələrində tədris prosesini müasir səviyyəyə qaldırmaq lazımdır./AzVision.az
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO