Ərdoğan da cəbhədəki itkilərimizlə bağlı başsağlığı verdi
Bizi izləyin

Digər

Ərdoğan da cəbhədəki itkilərimizlə bağlı başsağlığı verdi

Azərbaycan ilə Ermənistan cəbhə xəttində baş verən gərginlik hələ də davam edir.

Axar.az xəbər verir ki, Azərbaycan ordusunun itkilər verməsi ilə bağlı Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan da başsağlığı verib.

Türkiyə mətbuatı ordumuzun 13 şəhid verməsinə geniş yer verərək Azərbaycan ordusunun cəbhə xəttinə ağır artilleriya, zirehli birliklər yeritdiyini qeyd edib. Son 20 ilin ən qanlı günü kimi dəyərləndirən konflikti türk mediası erməni tərəfinin də 23 itki verdiyini bildirib.

Türkiyənin dəstəyini hər zaman yanlarında hiss etdiklərini türk mediasına bildirən azərbaycanlı millət vəkillərindən biri Ərdoğanın səlahiyyətli nümayəndələrimizə başsağlığı verdiyini vurğulayıb. Millət vəkili Türkiyənin hər zaman yanımızda olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm