Digər
Bütün dünya İlham Əliyevin müstəqil siyasət yürütməsini birdəfəlik qəbul edib
Millət vəkili: “İlham Əliyevin Putindən nümunə
götürdüyünü iddia etmək...”
Milli Məclisin deputatı Fuad Muradov “facebook” səhifəsində
Rusiyanın müxalifətçi “PARNAS” siyasi partiyasının həmsədri Boris
Nemtsovun müsahibəsini şərh edib.
Publika.az-ın verdiyi xəbərə görə, deputat qeyd edib ki, Boris Nemtsovun Azərbaycan mediasına verdiyi müsahibədəki həyasız tonunu bu şəxsin ölkəmizə qarşı qərəzinin bariz göstəricisi saymaq olar.
“Bu başabəla siyasətçinin və mənsub olduğu komandasının vaxtilə Kremldə yüksək vəzifədə çalışarkən yol verdikləri korrupsiya əməlləri Rusiya siyasi sisteminin böhrana salan əsas amillərdən idi. İndi onun Azərbaycan barədə verdiyi “ekspert rəyi” bu baxımdan əhəmiyyətsizdir”, - deputat deyib.
F.Muradov bildirib ki, Azərbaycan prezidentinin fəaliyyəti
barədə fikir yürütmək Nemtsov kimilərinin nə ağlı, nə də səviyyəsi
imkan verir: “Nemtsov Rusiyada ciddi fiqur kimi qəbul olunmur. Bu
adam hər yerdə yalnız öz maraqları naminə iş görməyi sevir. O,
1990-cı illərdə baş nazirin müavini olarkən ölkənin düşdüyü
iqtisadi böhrandan belə şəxsi məqsədi üçün istifadə etməyə
utanmamışdı. O, böhranla mübarizə üçün məmurların istifadə etdiyi
xarici avtomobillərin yerli avtomobillərə dəyişmək ideyasını irəli
sürmüşdü. Bunu etməkdə məqsədi himayə etdiyi avtomobil biznesindən
külli miqdarda qazanc əldə etmək istəyi idi. Özünü “siyasətçi”
adlandıran bu bədnam ekspertin İlham Əliyevin guya Putindən nümunə
götürdüyünü iddia etməsi sadəcə siyasi korluqdur. Bütün dünya İlham
Əliyevin müstəqil siyasət yürütməsini birdəfəlik qəbul edib. Dövlət
başçımız yürütdüyü müstəqil siyasi xətt və apardığı islahatlardan
bir çox Avropa ölkələri nümunə götürürlər. Məhz bu siyasətin
nəticəsidir ki, Azərbaycan aparılan islahatların uğurlu
nəticələrini əldə edir”.
F.Muradovun sözlərinə görə, B.Nemtsovun qərəzli olması elə verdiyi müsahibədə qabarıq şəkildə öz əksini tapıb: “Özünü Azərbaycan tərəfkeşi kimi sırımağa çalışan bu “tanınmış” siyasətçi nədənsə bir dəfə də olsun ölkəmizin işğal altında olan Dağlıq Qarabağ və digər rayonlarını yada salmaq istəməyib. Bu qərəzi ona yaxın olduğu deyilən TV-də gördük. Bir müddət əvvəl Nemtsova yaxınlığı ilə tanınan Rusiyanın RBK telekanalının Dağlıq Qarabağı “müstəqil ölkə” kimi təqdim etməsinin şahidi olduq. Bu elə çox mətləblərdən xəbər verir”.
Deputat qeyd edib ki, B.Nemtsov kimi siyasi dəllaların fikirlərini tirajlamaq sadəcə təəssüf doğurur. “Əgər Azərbaycanla bağlı məsləhət almaq üçün şəxslər lazım olarsa, Netmsov bu sırada heç axırıncı sırada belə yer tuta bilməz”- deyə F.Muradov bildirib.
Asif
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi