Digər
Həmsədrlər İrəvana hansı təkliflərlə gedir
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki proseslər təhlil edilərkən vəziyyətin gərgin olaraq qaldığı görünür. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, Azərbaycan hazırda konkret məsələlər üzərində gedən danışıqların davam etdirilməsinə tərəfdardır. Bu məsələlər bir sıra təkliflərlə Yerevana yola düşəcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub.
Nazir deyib: "Əgər biz Ermənistan tərəfinin konstruktiv reaksiyasını görsək, onda danışıqlar davam etdirilə bilər".
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində
vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə
atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi
2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin
məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək
cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub,
qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin
bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd
edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanıb.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?