Digər
Əli Mirəliyev: “Müğənni alt paltarını tamaşaçıya göstərməz“ - MÜSAHİBƏ
Adı həmişə qalmaqallarda hallanan müğənni Əli Mirəliyev Publika.Az-a müsahibəsində həmkarlarının bostanını yenidən daşladı. Bu vaxtadək ona fəxri adın verilməməsindən gileyləndi. Əli müəllim gizli qalan bir çox mətləbləri açıb-tökdü. Sözügedən müsahibəni təqdim edirik:
- Neçə illərdir oxuyursuz. Ancaq nədənsə sizə heç bir fəxri ad, mükafat verilməyib. Bunun səbəbi nədir?
- Görünür, oxumağı bacardığım üçün qiymət vermirlər. Bəzi müğənnilər kimi, mən də qalmaqalla gündəmə gəlsəydim, indi mənə də xalq artisti adı verərdilər. Akif İslamzadə, Qulu Əsgərov, Rövşən Behzəti, Novruz Feyzullayev, Məmməd Salmanov və mənim kimi sənətkarlar var ki, hələ də adsız qalıb, amma Ədalət Şükürova əməkdar artist adı veriblər. "Ay qız, keçmə bizin məhlədən", bu nə mahnıdı, o, oxuyur. Sözləri çox məntiqsizdir. Ədalət Şükürovun harda əmək fəaliyyəti olub ki, onu əməkdar artist adına layiq görüblər. Ancaq Əli Mirəliyev uzun illər Azərbaycan musiqisini 20-dən çox ölkədə təmsil edib. Akif İslamzadə kimi sənətkarın bu gün heç bir yerdə adı yoxdur. Artıq o insanın 64 yaşı var. Mənim imkanım olsaydı, A.İslamzadəyə heykəl qoyardım.
- Şou-biznesdəki müğənnilərin bəziləri özlərinə "titul" götürüblər. Bu vaxtadək Əli Mirəliyev niyə özünə uyğun bir ad, ləqəb seçmir?
- Rübabə Muradova, Alim Qasımov kimi sənətkarlar bəyəm, özlərinə ləqəb götürüblər? Özlərinə ad qoyan ulduzlar səhv edir. Biri "toylar kralı", biri "qızıl səs", o biri "əjdaha" ləqəbi götürüb özünə. Ləqəb qoymaq zəifliyin əlamətidir. Ata-anamızın qoyduğu ad bəs eləmir?
- "Toylar kralı" və "Toylar kraliçası" telelayihələrində bu günədək qalib gələn iştirakçıların birinciliyi sizin ürəyinizcədir?
- Bəli, ürəyimcədir. Çünki layiq olan qalib gəlib.
- Əli müəllim, gənc ifaçılardan niyə bu qədər narazılıq edirsiz?
- Əgər hansısa müğənni yaxşı oxuyursa, onu tərifləmək lazım deyil. Əksinə, həmişə tənqid etmək lazımdır ki, bir az da öz üzərində çalışsın. Müğənnilər Azərbaycan mahnılarının tarixinə fikir verməlidirlər. İllər öncə oxuyan sənətkarlar bayrağımızı hər yerdə zirvələrə qaldırıblar. İndiki gənc nəsil də bayrağımızı yüksəklərə qaldırmalıdırlar. Gənc ifaçılar qocaman sənətkarların yolunu getməlidir.
- Sizin fikrinizcə, gənc ifaçılardan kimləri yaxşı və ya pis sənətçi hesab etmək olar?
- Azər Zeynalov, Teymur Əmrah, Aygün Hümbətova, Elton, Nurlan Növrəsli, Ramal İsrafilov, Abbas Bağırov, Aybəniz Haşımova... Pis oxuyanları özünüz də bilirsiz... Kimin ki, adını yaxşı oxuyanların sırasında çəkmirəmsə, deməli, həmin müğənnilər oxuya bilmir. Adlarını çəkmək istəmirəm. Əgər adlarını çəksəm, onlar üçün böyük reklam olar. Çünki vaxtilə Səməd Səmədovu çox reklam etmişəm. Ancaq o, erməni mahnıları oxuya-oxuya xalq artisti adını aldı. Bu dəfə də başqa müğənnilərin adını çəksəm, "şöhrət ordeni" alacaqlar...
- Niyə şou-biznes müğınniləri gündəmdə qalmaq üçün süni qalmaqal yaradırlar?
- Qalmaqalla gündəmdə qalmaq ucuz piardır. Oxumağı bacarmayan, görkəmi olmayan insanlar özlərinə müğənni deyir. Görkəmlərindən də əlavə, komputerdə birtəhər səslərini düzəldərək ortaya çıxırlar. Müğənninin səsi Allah vergisi olmalıdır, təbiətdən gəlməlidir. İstedadlı insan öz işi ilə məşğul olar. Müğənnilər gündəmdə qalmaq üçün bir-birlərinin ərləri ilə gəzirlər, kirayədə yaşadıqları villanı efirlərə çıxardırlar. Oxuyanda Zeynəb Xanlarova, Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva kimi oxumaq lazımdır. Hətta bəziləri mənim özümə də qalmaqal yaradan müğənni deyir. Ancaq mənim səsyazmalarım Qızıl Fondda saxlanılır. Aparıcılar verilişdə xalqın sevimli sənətkarı kimi təqdim edirlər. Bu ad mənə kifayət edər.
- Bəzi telekanallarda müğənnilərin öz prodüsserləri, klipmeykerlərilə mübahisə edib, daha sonra isə barışmalarının şahidi oluruq. Sizcə, onların bu cür "şou" yaratmaları doğrudurmu?
- Özlərini təlxək yerinə qoyub camaatı ələ salırlar. Bu kimi insanlarda mərdlik xüsusiyyəti yoxdur. Tolik adı ilə tanınan Tarix Əliyevdən produsser çıxmaz. Canlı efirlərin birində mənim kimi sənətkara ağzına gələni dedi. Tolik kimi insanlar Azərbaycana lazım deyil. Sözügedən produsser müğənnilərdən istifadə edir. Ancaq istəməzdim ki, bəzi xarici ölkələr bu kimi insanlara görə bizə nifrət etsin.
- Əli Mirəliyev şou-biznes aləmində populyar olan kişi və qadın müğənnilərin geyimlərindən razıdırmı?
- Heç bir cinsin geyimindən razı deyiləm. Qadın müğənnilərimiz bədənlərini və alt paltarlarını camaata nümayiş etdirirlər. Kişi müğənnilərimiz isə qaşlarını alır, tana taxır, qırmızı şalvar və sarı köynəkdə efirə çıxırlar.
- Azərbaycanlı müğənnilərin xarici ölkələrdə konsert verməyinə necə baxırsız?
- Konsert verən müğənnilər Müslüm Maqamayev, Zeynəb Xanlarova olub. Ancaq indiki müğənnilərimiz klublarda, barlarda oxuyur. Müğənni səhnədə oxuyar.
- Bəlkə elə buna görə Azərbaycanın düşməni olan ermənilər rəqslərimizi, musiqilərimizi oğurlayır...
- Ermənilər hər zaman Azərbaycandan yararlanıblar. Təkcə ermənilər yox, bir çox ölkələr Azərbaycanın sərvətlərindən istifadə ediblər. Ona görə də başımıza bəlalar gəlir. Azərbaycan muğamı heç bir ölkədə yoxdur. Azərbaycan xalqının qarşısında baş əyirəm.
Ceyran Əsgərqızı
Publika.Az
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?