Sosial
Sürücülər üçün pis xəbər - Video
İranla ABŞ arasında baş verən hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından, xüsusilə, Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur.
Sahibkarların sözlərinə görə, Dubaydan Çin və Amerika istehsalı olan avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.
Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşrutlardan istifadə isə avtomatik olaraq qiymətlərin artmasına səbəb olur.
Bundan əlavə, birbaşa uçuşların dayandırılması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Sahibkarların sözlərinə görə, bazarda bəzi ehtiyat hissələrinin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
































.jpg)



