17 milyard manata yaxın ÜDM istehsal edilib
Bizi izləyin

Digər

17 milyard manata yaxın ÜDM istehsal edilib

Bu ilin dörd ayı ərzində ölkədə 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Publika.az xəbər verir ki, bu dövrdə ümumi daxili məhsulun 36,2 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5 faizi tikintidə, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,0 faizi informasiya və rabitə xidmətlərində, 15,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm