Digər
Novorossiysk limanından xam neftin ixracı artıb
Dövlət Neft Şirkəti 2015-ci ilin may ayında Novorossiysk limanından 169 min 559 ton, Supsa limanından 169 min 425 ton, Ceyhan limanından 1 milyon 352 min 966 ton xam neft ixrac edib.
Publika.az şirkətə istinadən xəbər verir ki, ümümilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 678 min 46 ton, Supsa limanından 1 milyon 185 min 880 ton, Ceyhan limanından isə 7 milyon 278 min 248 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunub.
May ayında 93 min 491 ton dizel yanacağı və 15 min 863 ton təyyarə yanacağı ixrac olunub. Ümumilikdə, 2015-ci ilin yanvar-may ayları ərzində 480 min 632 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib. 2015-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-669,34 dollar, təyyarə yanacağının-596,71 dollar, dizel yanacağının-593,68 dollar, 1% kükürdlü mazutun qiyməti 346,79 dollar təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı







.jpg)












.jpg)












